29 Dekabr 2021 00:13
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada son sutka ərzində koronavirusa yoluxma sayı 78 313 nəfər olub ki, bu da ölkədə pandemiyanın başlanğıcından bəri yeni maksimumdur.

Teleqraf.com xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda son 24 saat ərzində 1 milyondan çox test aparıldığı bildirilir.

Son sutka ərzində ölkədə 202 nəfər xəstəlikdən dünyasını dəyişib, ümumilikdə ölənlərin sayı 136 955 çatıb. Pandemiya başlayandan ölkədə virusa yoluxanların ümumi sayı 5,7 milyondan çox olub, 5 milyondan çox insan sağalıb.

Mütəxəssislər xəbərdarlıq edir ki, yaxın günlərdə ölkədə sutkada yoluxma hallarının sayı 100 minə yaxın ola bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər