31 Dekabr 2021 23:14
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsində mühüm rol oynamış Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) alıcısı olan ölkələrin sayı artıb.

Teleqraf.com xəbər verir ki, PUA-lar Azərbaycandan sonra Ukrayna, Polşa, Mərakeş, Efiopiya, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Tunis, Liviya, İraq və Suriyaya ixrac edilir.

Bununla yanaşı, Macarıstan, Serbiya, Nigeriya, Anqola, Qətər və Albaniya Türkiyə istehsalı olan PUA-larla maraqlanır.

Xatırladaq ki, PUA-ların ilk alıcısı Azərbaycan olub və 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsində mühüm rol oynayıb.

Ümumilikdə isə Türkiyə müdafiə sənayesinin ümumi ixrac həcmi 2021-ci ilin sonunda rekord səviyyəyə çatıb. Türkiyə istehsalı olan 228 adda hərbi təyinatlı məhsul dünyanın 170 ölkəsinə çatdırılıb. “Bayraktar TB2” ilə yanaşı, “Anka” operativ-taktiki hücum pilotsuz uçan aparatlarının, eləcə də silahlı “Kargu” kvadrokopterlərinin tədarükü davam etdirilib. Süni intellektə malik “Alpagu” portativ kamikadze dronları uğurla sınaqdan keçirilib. "Boyga" pilotsuz uçan aparatının sınaqlarına başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər