1 Yanvar 2022 10:12
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Cammu və Kəşmir ştatında dini bayram zamanı izdiham nəticəsində azı 12 nəfər ölüb, 13 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, faciə yanvarın 1-nə keçən gecə Katra şəhəri yaxınlığındakı Vayşno Devi məqbərəsinin yaxınlığında baş verib.

Polis izdihamın zəvvarlar arasında baş verən mübahisə nəticəsində baş verdiyini açıqlayıb. Zərərçəkənlər təcili xəstəxanaya yerləşdirilib, onların bir çoxunun vəziyyəti ağırdır.

Hindistanın baş naziri Narendra Modi bildirib ki, həlak olanların ailələrinə təzminat olaraq 200 min rupi (təxminən 2,6 min dollar) veriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər