3 Yanvar 2022 00:30
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər.

Teleqraf.com xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib.

Məlumata görə, Baş nazir bayram münasibətilə mərasimin keçirildiyi məbəddən çıxarkən ona bir neçə atəş açılıb. Mühafizəçilər hökumət başçısını hadisə yerindən dərhal uzaqlaşdırıblar. Ariel Anri sui-qəsd zamanı xəsarət almayıb.

Atışma nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Hadisə ilə bağlı bayram tədbirləri ləğv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər