19 Noyabr 2014 01:07
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış diversantlar Ukraynada Niderland hökumətinin nümayəndə heyətinə qarşı terror aktı törətməyə cəhd göstərib.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin başçısı Valentina Navlivayçenko açıqlama verib.

O, bildirib ki, Xarkovda pivəxanada törədilən partlayışla əlaqədar saxlanılan diversantlar Niderland nümayəndə heyətinin səfərinin plaşlaşdırıldığı Malışev zavodunda da bənzər terror aksiyası keçirməyə çalışıblar. Cinayətkar qrup 12 nəfərdən ibarət olub. Onların üzərində müxtəlif silahlar, həmçinin beynəlxalq konvensiyalarla qadağan edilmiş və Rusiya istehsalı olan piyadaya qarşı minalar götürülüb.

Valentina Navlivayçenko qeyd edib ki, qrup hərbi komissarlıqlar və digər dövlət əhəmiyyətli binalarda partlayışlar həyata keçirməyi planlaşdırırdı.

“Diversant qrupunun iştirakçılarından birinin dindirilməsi zamanı dəqiq məlumat aldıq ki, onlar Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə Tambov şəhərinə yaxın ərazidə məşq keçirdilər”, - deyə o, bildirib.

Xatırladaq ki, Xarkov pivəxanada partlayış 9 noyabrda olub. Pivəxanadakı 22 nəfərdən 13-ü yaralanıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin diversiya-kəşfiyyat qrupunun neytrallaşdırılması üzrə noyabrın 17-də keçirdiyi xüsusi əməliyyat uğurla başa çatıb. Terrorçular tərki-silah edilərək, istintaqa cəlb olunublar.


Müəllif:

Oxşar xəbərlər