NATO-nun Baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının iclasının yanvarın 12-də keçiriləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, baş katib toplantıda Avropanın təhlükəsizliyinin müzakirə olunacağını bildirib.
Ukraynada və ətrafındakı vəziyyət xüsusi olaraq müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, NATO-Rusiya Şurası 2002-ci ildə Romada keçirilən sammitdə məsləhətləşmə, konsensus, əməkdaşlıq, birgə fəaliyyət mexanizmi kimi yaradılıb.