7 Yanvar 2022 14:49
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin Konqresdəki çıxışında onu tənqid etməsindən və “məğlub prezident” adlandırmasından sonra açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Tramp Baydeni “bacarıqsız prezident” adlandırıb.

O, Baydenin ABŞ-ı parçalamaq üçün öz adından istifadə etdiyini deyib:

“Bayden, çılğın siyasəti, açıq sərhədlər, saxta seçkilər, fəlakətli enerji siyasəti, konstitusiyaya zidd addımlar və məktəblərin bağlanılması kimi dağıdıcı qərarlarla kim ölkəmizi məhv edir?”.

Tramp prezidentin çıxışını “diqqəti özünün uğursuzluğundan yayındırmaq üçün siyasi tamaşa” adlandırıb:

“Artıq ölkəmizin sərhədləri yoxdur, COVID-ə nəzarəti tamamilə itirib, biz daha enerji sektorunda müstəqil deyilik, inflyasiya tüğyan edir, ordumuz xaos içindədir, oradan çıxışımız (Əfqanıstandan) və ya təslim olmağımız bəlkə də ABŞ tarixində ən utancverici gün idi”.

Sabiq prezident Co Baydenin seçildiyi seçikləri “saxta və yalan” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər