Gürcüstanda ötən sutkada daha 3 842 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 31 pasiyent vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 959 874-ə, ölənlərin sayı isə 14 187-yə çatıb.
Son 24 saat ərzində 777, ümumilikdə isə 912 443 nəfər müalicə olunaraq sağalıb.