ABŞ-da hesab edirlər ki, Rusiyada qışın mülayim keçməsi faktiki olaraq Prezident Putinin işğal planlarını alt-üst edib. İddia olunur ki, ABŞ Prezidenti Co Bayden meteoroloqlardan ibarət xüsusi qrup yaradıb və prosesi yaxından izləyir.
Teleqraf.com xatırladır ki, Rusiya Ukrayna sərhədi yaxınlığına 100 minlik ordu toplamaqla başlanan hərbi-siyasi gərginlik davam edir. Ancaq ABŞ və Avropada Rusiyanın bu davranışları işğala hazırlıq kimi qiymətləndirilir.
ABŞ hərbi analitikləri Rusiyanın ağır texnikasının soyuq qış şəraitində və buz üzərində daha rahat hərəkət etdiyinə diqqət çəkərək, mümkün işğalın yanvar ayında ola biləcəyini açıqlamışdı. Amma yeni bir hadisə Rusiyanın planlarını alt-üst etdib. Adı açıqlanmayan ABŞ rəsmiləri, mövsümü şərtlərlə müqayisədə daha mülayim havanın yanvar ayında Ukraynanın işğal ehtimalını azaltdığını bildirib. İddiaya görə, qışın isti keçməsi Kremlin işğal niyyətlərini ən azı fevral ayına qədər təxirə salacaq.
Adı açıqlanmayan ABŞ rəsmisi “New York Times” qəzetinə deyib ki, ABŞ administrasiyası mümkün hücum üçün Ukraynanın hava şəraitinə yaxından izləmək üçün meteoroloqlar qrupuna tapşırıq verib. Co Bayden meteoroloqlara mülayim qışın Vladimir Putinin planlarını pozmasından sonra Rusiyanın mümkün işğalını proqnozlaşdırmağı tapşırıb.