19 Noyabr 2014 14:30
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin 11-ci prezidenti Abdullah Gül prezidentlik dövründə Rifah partiyası ilə bağlı “İtmiş Trilyon” məhkəməsi çərçivəsində Ankara Respublika Baş Prokurorluğunda ifadə verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumat Gülün rəsmi internet saytında yerləşdirilib. Gül ifadə verməsinin səbəbi kimi təqsirkarlara bəraət verilmiş məhkəmə prosesində qaranlıq məqamın qalmamasını və işin tam hüquqi həllinin tapmasını göstərib.

Qeyd edək ki, Gül bir müddət öncə prezidentlik dönəmin bitməsi və toxunulmazlığının qaldırılmasından sonra Ankara Cümhuriyyət Baş Prokurorluğuna müraciət edərək ifadə vermək istəyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər