15 Yanvar 2022 13:30
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveytin Milli Neft Şirkətinə (KNPC) məxsus ən böyük neft emalı zavodu Mina əl-Əhmedidə baş verən yanğında 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Teleqraf.com KNPC-yə istinadən xəbər verir ki, həyatını itirən Asiya əsilli 2 işçi müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.

Bildirilir ki, xəstəxanaya yerləşdirilən işçilərdən 5-nin səhhəti ağır, 5-nin vəziyyəti isə stabildir.

Təmirə bağlanan neftayırma zavodunun 32 saylı qaz mayeləşdirmə qurğusunda baş verən yanğın nəzarətə götürülüb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər