19 Yanvar 2022 20:37
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrana qarşı sanksiyaların yumşaldılması və ya ləğvi Tehrana milyardlarla dollar vəsaitin verilməsi deməkdir. Bu, Qərbin görə biləcəyi ən pis iş və ata biləcəyi ən səhv addım ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennet deyib.

Baş nazir İranı “terrorçu dövlət” adlandırıb:

“İran Yaxın Şərqdə terrorizmin mənşəyi və mənbəyidir. Buna görə də, sanksiyaların yumşaldılması və ya ləğvi ilə nəsə nail olunacağını düşünmürəm, bundan əmin ola bilərsiniz. İranın maliyyə baxımdan təmin edilməsi onun daha da güclənməsinə, ardınca bölgədə sabitliyin pozulmasına və terrorizmin daha da genişlənməsinə gətirib çıxaracaq”.

Bennet İranı “terror osminoqu” adlandırıb:

“İslam Respublikasının “terror osminoqu” Tehranda oturaraq bütün qollarını regionun sabitliyini pozmaq üçün işlədir. İran ayaq basdığı hər yeri xarabaya çevirir. Buna görə də hesab edirəm ki, İranala imzalana biləcək ən yaxşı müqavilə onu nüvə silahı əldə etməkdən əl çəkməyə məcbur edəcək uzunmüddətli razılaşmadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər