24 Yanvar 2022 10:00
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan baş nazirinin müavini və xarici işlər naziri David Zalkalyani Ukrayna ilə həmrəy olduqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, nazir hər hansı bir ölkənin ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmağın qəbuledilməz olduğunu deyib.

“Gürcüstan Ukrayna və Ukrayna xalqı ilə həmrəydir. Biz Ukraynanın yanındayıq”, - Zalkalyani vurğulayıb.

Son günlərdə Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşması barədə məlumatlar dolaşır. Bölgədə vəziyyətin gərginliyini nəzərə alan ABŞ və İngiltərə Ukraynaya hərbi yardım göndərməyə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər