24 Yanvar 2022 22:39
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna təhlükəsizlik qüvvələri Xarkov vilayətində Rusiyanın mümkün hücumuna qarşı ondan çox ssenari hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) yerli idarəsinin rəisi Roman Dudin açıqlama verib.

O, Rusiyadan hücum olacağı təqdirdə bir neçə ssenarinin işlənib hazırlanmasından danışıb və bildirib ki, regional güc və hüquq-mühafizə orqanları səkkiz ildə heç vaxt olmadığı qədər istənilən fövqəladə vəziyyətə hazırdır. Eyni zamanda, Dudin qeyd edib ki, bu gün regionda potensial hərbi təhlükə ilə bağlı isteriyanın şişirdilməsi üçün heç bir əsas yoxdur.

Dudin onu da əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Zalujnı ilə görüşüb və Rusiyanın hücumu zamanı atılacaq addımlar barədə onunla razılaşıb.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski “Vaşinqton Post” qəzetinə müsahibəsində deyib ki, Rusiya ölkəsinin güclü tarixi əlaqələri olan bölgələrə hücum edə bilər. Xüsusilə o, rus hərbi qüvvələrinin rusdilli əhalinin müdafiəsi bəhanəsi ilə Xarkovu işğal edə biləcəyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu