Pentaqon Rusiya-Ukrayna gərginliyi fonunda ABŞ-ın lazım gələrsə, Ukraynaya yerləşdirmək üçün 8 500 hərbçisinin hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ və Avropa Birliyi Rusiyaya təzyiq göstərməyə davam edir.
Pentaqon sözçüsü Con Kirbi mətbuat konfransında Rusiya ilə Ukrayna arasındakı gərginlikdə zərurət yaranarsa, Ukraynaya göndərilmək üçün 8 500 əsgərin hazır vəziyyətdə olduğunu açıqlayıb:
"Həmin qoşunların bölgəyə yeridilməsi ilə bağlı hələ ki, yekun qərar verilməyib. ABŞ prezidenti Co Baydenin əmri ilə müdafiə naziri Lloyd Ostin hərbçiləri hazır vəziyyətə gətirib".
Bu əmrin Rusiyanın təcavüzü qarşısında NATO-nun Ukraynaya qoşun yeritməyə qərar verməsi halında ABŞ-ın hazır olmasını təmin etmək olduğunu ifadə edən Kirbi əlavə edib ki, bu addım NATO müttəfiqlərimizə dəstək üçündür: “Aydındır ki, rusların gərginliyi azaltmaq niyyəti yoxdur”.
Qeyd edək ki, ABŞ Rusiyadan gələn təhlükənin davam etdiyini əsas gətirərək Kiyev səfirliyindəki əməkdaşlarına ölkəni tərk etmələri üçün göstəriş verib. ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarının Ukraynanı dərhal ölkəni tərk etməli olduqlarını bəyan edib.