26 Yanvar 2022 09:49
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev ABŞ Prezidenti Co Baydenin Ukraynaya qoşun göndərmək niyyətində olmadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki Rusiyanın hər an Ukraynanı işğal etməklə təhdid etdiyini deyib.

O, Rusiya Prezidenti Vladimir Putinin beynindən keçənləri oxuya bilmədiklərini söyləyib.

ABŞ-ın hər cür ssenariyə hazır olduğunu vurğulayan Psaki qeyd edib:

“Üstünlük verdiyimiz yol diplomatiyadır, amma sərhəd bölgəsində hərəkətliliyin artdığını görürük”.

Psaki Baydenin hazırkı diqqətinin NATO-nun şərq cinahında olduğunu vurğulayıb: “Bu məsələni aydınlaşdırmaq üçün deyim ki, Baydenin Ukraynaya qoşun göndərmək niyyəti və ya istəyi yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər