26 Yanvar 2022 22:57
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Prezidenti İshaq Hersoq tarixi səfər etmək üçün bazar günü Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedəcək.

Teleqraf.com xəbər verir ki, İsrail prezident ofisindən verilən açıqlamada sözügedən səfərin bu ölkədən BƏƏ-yə tarixdə prezident səviyyəsində ilk rəsmi səfər olacağı bildirilib.

İshaq Hersoq həyat yoldaşı Mixal Hersoqun müşayiəti ilə BƏƏ-də iki gün qalacaq. Burada Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşəcək və Dubayda İsrail Milli Gününün açılışını edəcək.

Hersoqun BƏƏ-dəki yəhudi icmasının nümayəndələri ilə də görüşü də nəzərdə tutulub.

İsraildən BƏƏ-yə baş nazir səviyyəsində ilk səfər ötən ilin dekabrında Naftali Bennet tərəfindən edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər