27 Yanvar 2022 09:49
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa, Almaniya, Rusiya və Ukrayna liderlərinin müşavirlərinin Ukrayna məsələsi ilə bağlı iki həftə sonra yenidən Berlində görüşəcəyi bildirilib.

Teleqraf.com xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamada Normandiya formatı ölkələri liderlərinin müşavirlərinin Xarici İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə Parisdə bir araya gəldiyi deyilib.

Müşavirlər Minsk razılaşmalarının Normandiya formatının əsasını təşkil etdiyini və atəşkəsə qeyd-şərtsiz riayət edilməli olduğunu bildiriblər. Həmçinin qeyd olunub ki, məsləhətçilər Minsk razılaşmalarının həyata keçirilməsində sürətli irəliləyiş əldə etmək üçün işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Açıqlamada məsləhətçilərin Ukrayna böhranı ilə bağlı iki həftə sonra Almaniyanın paytaxtı Berlində yenidən görüşmək barədə razılığa gəldiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər