28 Yanvar 2022 15:27
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin hakim “Nur Otan” partiyasının sədri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti “Tvitter”də bildirib.

“Partiyanın növbədənkənar XXI qurultayının qərarı ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayev yekdilliklə “Nur Otan” Partiyasının sədri seçilib”, - Tokayevin mətbuat xidməti Twitter-də bildirib.

Tokayevin bu vəzifəyə namizədliyini indiyədək siyasi qüvvənin sədri postunu tutan Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev təklif edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər