31 Yanvar 2022 14:27
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya hakimiyyəti Ukrayna ilə bağlı Rusiya şirkətlərinə və fiziki şəxslərə yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.

Qəzetin məlumatına görə, Rusiya rəhbərliyi üçün strateji əhəmiyyət kəsb edən şəxslərə və şirkətlərə münasibətdə Britaniyaya girişə qadağa qoyulması planlaşdırılır.

Nəşrin Britaniya Xarici İşlər Nazirliyindəki mənbəsinin məlumatına görə, krallığın xarici işlər naziri Liz Trass Kremlə hər hansı işğalın ciddi iqtisadi itkilərə səbəb olacağı xəbərdarlığını vermək istəyir.


Müəllif: Səxavət

Oxşar xəbərlər