Qətərdə yerləşən “Əl-Cəzirə”nin internet saytında aparılan təhlildə ABŞ Rusiyanın mümkün genişlənməsi qarşısında Türkiyənin Liviyada mövcudluğuna müsbət yanaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalının analizində bildirilib.
Vətəndaş müharibəsinin davam etdiyi və seçkilərin təxirə salındığı Liviyada Türkiyə və Rusiyanın hərbi varlığını araşdıran ekspertlər hər iki ölkənin varlığının ABŞ-ı deyil, Avropa güclərini narahat etdiyini bildiriblər.
Rusiyanın mümkün genişlənməsi qarşısında Vaşinqtonun Türkiyənin Liviyadakı varlığına müsbət yanaşdığı qeyd edilən təhlildə, Fransanın Liviyanın şərqindən əcnəbi döyüşçülərin çəkilməsinin birinci mərhələsinin tamamlandığına dair açıqlamasına diqqət çəkib. Söhbət ÇAD-dan olan muzdlu əsgərlərdən gedir. Təhlildə ölkədəki əcnəbi döyüşçülərin ölkəni tərk etməməsinin dekabrın 24-də keçirilməsi planlaşdırılan, lakin baş tuta bilməyən seçkinin təxirə salınmasında təsirli faktor olduğu irəli sürülüb.
Rusiya qüvvələrinin Liviyada olmasının narahatlığı qarşısında ABŞ Türkiyə ordusunun bölgədə olmasının “Vaşinqtonun real olaraq gözləyə biləcəyi ən yaxşı nəticə” olduğu ifadə edilən təhlildə bu vəziyyətin Avropa üçün narahatedici olduğunu qeyd ediblər.
“Rusiya və ya Türkiyənin Liviyada imzaladığı hər bir müqavilə avropalı tərəfdaşlar üçün azalan iqtisadi razılaşma deməkdir”, - NATO Müdafiə Kolleci Vəqfinin analitiki Umberto Profazio bildirib.