1 Fevral 2022 15:37
2 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Zelenski iki gün ərzində ölkəsinin Türkiyə ilə azad ticarət sazişi imzalayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Kiyevə səfəri və Vladimir Zelenski ilə görüşü planlaşdırılır.

Parlamentdəki çıxışında Zelenski Ukrayna iqtisadiyyatının sabitləşməyə başladığını da bildirib və xalqı Rusiyanın hücum təhlükəsi səbəbindən panikaya düşməməyə çağırıb.

Zelenski ümid edir ki, Rusiya, Fransa və Almaniya ilə sülh danışıqlarının növbəti raundunun tarixi ilə bağlı tezliklə razılıq əldə olunacaq.

Zelenski əlavə edib ki, Ukrayna üç il ərzində silahlı qüvvələrini 100 min nəfər artıracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər