3 Fevral 2022 11:22
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çin Rusiyanın təhlükəsizlik qarantiyası ilə bağlı tələbləri mövzusunda Moskvanı dəstəkləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bəyan edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 4-də Çinin paytaxtı Pekində keçiriləcək 24-cü Pekin Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

Putinin səfərindən əvvəl müavini Yuri Uşakov bəyan edib ki, Rusiya lideri Pekində Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək və Çin lideri Si Cinpinlə görüşəcək:

“Yeni dövrə qədəm qoymuş qlobal, davamlı inkişaf danışıqları, eləcə də beynəlxalq əlaqələrlə bağlı birgə bəyanat hazırlanıb. Bu ortaq bəyanatda Rusiya və Çinin təhlükəsizlik zəmanəti tələbləri və qlobal problemlərə baxışları əks olunacaq”.

Rusiya rəsmisi deyib ki, Putin-Cinpin danışıqlarından sonra hər iki dövlət başçısı təkbətək şam yeməyi planlaşdırır: “Bu görüşdə mühüm beynəlxalq əlaqələr, ikitərəfli əlaqələr və qlobal məsələlərin məxfi şəkildə müzakirəsi mümkün olacaq”.

Rusiyanın Avropanın təhlükəsizliyi ilə bağlı ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik zəmanəti layihəsində Çinin onları dəstəklədiyini iddia edən Uşakov qeyd edib ki, Pekin Rusiyanın təhlükəsizlik zəmanəti tələblərini dəstəkləyir: “Çin Rusiyanın təhlükəsizlik tələblərini dəstəkləyir. Regional sabitliyə hərbi ittifaqları gücləndirməklə nail olmaq olmaz. Çin tərəfi danışıqlar yolu ilə Avropada təhlükəsizliyin təmin edilməsi üçün effektiv mexanizm yaratmağa çağırır”.


Müəllif: Nemət

Oxşar xəbərlər