20 Noyabr 2014 20:04
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq təhlükəsizlik qüvvələri terror təşkilatı İŞİD-in əlində olan Ramadinin qərbindəki ət-Dulab və Zehiha bölgələrini yenidən azad ediblər.

Teleqraf.com-un məlumatına görə, Bağdadi Nahiyəsi Yerli Məclisinin başçısı Malullah əl-Übeydi hər iki bölgədə dövlət qurumlarının nəzarətinin tam bərqərar olduğunu bildirib: "Tayfaların köməyi ilə geniş miqyaslı əməliyyat keçirən təhlükəsizlik gücləri İŞİD-in əlində olan Ət-Dulab və yaxınlıqdakı Zehiha bölgələrində idarəçiliyi təmin ediblər”.

Onun sözlərinə görə, gerçəkləşdirilən uğurlu əməliyyat nəticəsində İŞİD döyüşçüləri Ramadinin şimalına qaçmağa vadar ediliblər: "Əlbu Yer, Cəgaifə, əl-Übeyd, əs-Selman, əl-Kərabilə və Əlbu Nəmr tayfalarının da qatıldığı əməliyyat Ramadinin 90 kilometr qərbindəki Bağdadi nahiyəsindən başlayıb. Qarşıdurmalarda ən azı, 30 IŞİD xadimi öldürüldü, silah yüklü 2 nəqliyyat vasitəsi isə sıradan çıxarılıb".

Übeydi təhlükəsizlik güclərinin yenidən Hit elinin idarəsini təmin etmək üçün Nəvaim bölgəsi və Hit qışlası istiqamətində irəliləyişi davam etdirdiyini vurğulayıb.

Nail Cəlil


Müəllif: