5 Fevral 2022 16:41
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə verdikləri COVID-19 testinin nəticələrinin müsbət çıxdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan bu gün Kastamonuda telekonfrans vasitəsilə təşkil edilən açılış mərasimlərinə qatılıb.

“Yüngül simptomlardan sonra həyat yoldaşımla test verdik və COVID-19 testinin nəticəsi müsbət çıxdı. Allaha şükürlər olsun ki, Omikron variantını öyrəndiyimiz yüngül bir xəstəlik var. Evimizdə işimizi davam etdirəcəyik. Dualarınızı gözləyirik”, -Prezident qeyd edib.


Müəllif: Nemət

Oxşar xəbərlər