Nəticə əldə olunana qədər Səudiyyə Ərəbistanı ilə müzakirələrə davam etməyə hazırıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi İraq Baş naziri Mustafa Kazımi ilə telefon danışığı zamanı deyib.
Ər-Riyad danışıqları qarşılıqlı anlaşma və hörmət şəraitində davam etdirməyə istəkli olarsa, İran Səudiyyə Ərəbistanı ilə daha çox danışıqlarda iştirak etməyə hazırdır.