Böyük Britaniya kraliçası II Yelizaveta hakimiyyətinin 70-ci ildönümü ərəfəsində xalqa müraciət edib.
Teleqraf.com xəbər verir ki, məlumatına görə, II Yelizaveta öz müraciətində böyük oğlu Şahzadə Çarlzla birlikdə taxta çıxacaq Böyük Britaniyanın yeni konsort kraliçasının adını açıqlayıb.
"Mənə göstərdiyiniz sədaqət və məhəbbətə görə sonsuza qədər minnətdaram və sizə borcluyam. Bilirəm ki, oğlum Çarlz və onun həyat yoldaşı Kamilla hakimiyyətə gələndə mənə verdiyiniz dəstəyi onlara da göstərəcəksiniz", - deyə bildirib.