Belarus Prezidenti Aleksandr Lukaşenko siyasi karyerası ilə bağlı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, “Rossiya-1” kanalına danışan Lukaşenko xalqın əksəriyyəti tərəfindən dəstəklənmədiyini hiss edən kimi təqaüdə çıxacağını bildirib.
“Belarus xalqının əksəriyyətinin Lukaşenkonu qanuni olaraq dəstəkləmədiyini hiss edən kimi, xalq 24 saat ərzində Lukaşenkonun gələcəyi ilə bağlı qərar verəcək”, - Belarus lideri bildirib.
Lukaşenko belə bir halda təqaüdə çıxacağını bəyan edib.
Lukaşenko vəzifəsini təhvil verib-verməməyə hazır olub-olmadığı sualına belə cavab verib: “Kimə? Buna xalq qərar verməlidir”.
O, ölkədə vəziyyətin normallaşacağı təqdirdə vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.
Belarus prezidenti hakimiyyətdə nə qədər qalmağı planlaşdırdığı barədə suala cavab olaraq bildirib ki, müharibə başlayarsa və ya 2020-ci ildə keçiriləcək prezident seçkilərindən sonra vəziyyət yaranarsa, o, bu vəzifəni “əbədi” tutacaq.
Lukaşenko əlavə edib ki, vəziyyət “normala qayıtdıqdan” sonra xalq növbəti lider üçün öz seçimini edəcək.