10 Fevral 2022 19:44
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya taxtının varisi şahzadə Çarlz ikinci dəfə koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Klarens-haus məlumat yayıb.

“Bu səhər Uels şahzadəsi COVID-19 üçün müsbət test verib və indi özünü təcrid edir”, - deyə məlumatda bildirilib.

73 yaşlı Çarlzın iştirak etməyi planlaşdırdığı cümə axşamına planlaşdırılan tədbirlər ləğv edilib.

Şahzadəyə ilk dəfə 2020-ci ilin mart ayının sonunda, pandemiyanın başlamasından qısa müddət sonra koronavirus diaqnozu qoyulmuşdu. Həmin vaxt Çarlz və həyat yoldaşı Kornuol hersoginyası Kamilla Şotlandiyanın Balmoral kral qalasında təcrid olunmuş vəziyyətdə idilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər