11 Fevral 2022 00:28
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamenti Rusiyaya qarşı sanksiyalar haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, dəyişikliyə əsasən sanksiyalar geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verəcək.

Rusiyaya qarşı əvvəlki sanksiya rejimi Britaniya hökumətinə yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.

İndi bu şəxslərin və müəssisələrin müəyyən edilməsi meyarları əhəmiyyətli dərəcədə genişləndirilib, xüsusən də Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr və şəxslər məhdudiyyətlər altına düşə bilər.

Strateji əhəmiyyət kəsb edən və potensial olaraq sanksiyalara məruz qala bilən sektorlara: kimya, tikinti, hərbi, enerji, elektronika, maliyyə xidmətləri, nəqliyyat, həmçinin informasiya, rabitə və rəqəmsal texnologiyalar daxildir.

Tətbiq edilən dəyişikliklər ayrı-ayrı şəxslərə və ya təşkilatlara qarşı avtomatik sanksiyaların tətbiqi demək deyil, lakin vəziyyətin gərginləşdiyi halda onların tətbiqi üçün əlavə imkanlar yaradacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər