11 Fevral 2022 14:16
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çinin Rusiya ilə strateji tərəfdaşlığını getdikcə gücləndirməsi bölgə ölkələrini narahat edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert ABŞ və müttəfiqlərinin Rusiya və Çinə qarşı səylərini birləşdirdiklərini söyləyib:

“ABŞ dostlarını başına toplayır. Ukrayna böhranı Vaşinqtonu məcbur edir ki, daim Avropadakı müttəfiqləri ilə təmasda olsun. Vaşinqton digər bölgələri də unutmur. ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın xarici siyasət idarələrinin başçıları Melbörn şəhərində yenidən bir raya gəliblər. 2007-ci ildə təsis olunan və qısa adı QUAD olan bu birliyin məqsədi Hind-Sakit okean bölgəsində təhlükəsizlik strageiyasını həyata keçirməkdir. Bu ölkələr ad çəkməsələr də hədəfin Çin olduğu bəllidir. Çinin bölgədə artan hərbi gücü QUAD-ı narahat etməyə bilməz.

Avstraliya xarici işlər naziri bu dəfə hədəfləri konkret göstərib: “Çin, Şimali Koreya və Rusiya kimi avtortitar rejimlərə qarşı səylərimizi birləşdirməliyik”.

ABŞ-ın Dövlət katibi Entoni Blinken çıxışında avstraliyalı həmkarına bu sözlərlə dəstək verib: “Kremlin siyasəti yalnız Ukrayna deyil, bütün dünya xalqları üçün təhlükə mənbəyidir”.

Çinin Rusiya ilə strateji tərəfdaşlığını getdikcə gücləndirməsi bölgə ölkələrini narahat edir”.

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya çox çalışır ki, Hindistan haqqında danışılan birliyi tərk etsin, hətta Kreml sahibi Vladimir Putin bu günlərdə Hindistana rəsmi səfər edib hindli rəsmiləri buna inandırmağa çalışdı:

“Amma Dehli Çin təhlükəsinə görə ABŞ-la tərəfdaşlığa üstünlük verir. Buna baxmayaraq, Hindistanın xarici işlər naziri QUAD-ın kiməsə qarşı yönəlmədiyini də bəyan edib. Ekspertlər son zamanlar Avstraliyanın xarici siyasətdə fəallaşdığına diqqət çəkirlər. Bu ölkənin Baş naziri Skott Morrison vətəndaşlarını uzaq Ukrayna ərazisini tərk etməyə çağırıb. Yaponiya təşkilatda xüsusi fəallığı ilə seçilməsə də, tərəfdaşlarının qərarlarına qatılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər