13 Fevral 2022 08:44
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Toronto Universitetindən Keri Vudruffun rəhbərlik etdiyi tədqiqat qrupu 150 milyon illik dinozavr qalığında ağciyər xəstəliyi aşkar edib.

Teleqraf.com xəbər verir ki, tədqiqatçılar dinozavra müğənni Dolli Partonun adını veriblər.

Vudruff bildirib ki, dinozavr qalıqları ilk dəfə 1990-cı ildə Yelliston Milli Parkı yaxınlığında tapılıb. Onun sözlərinə görə, dinozavr öləndə 20 yaşından kiçik olub və qalığın tarixi təxminən 150 milyon il əvvələ - Yura dövrünün sonlarına gedib çıxır.

“Dolli ilə bağlı araşdırmada aşkar etdiklərimiz quşlarda rast gəlinən tənəffüs infeksiyalarina uyğun gəlir. Buu, tənəffüs yolu xəstəliyinə çox bənzəyir”, - elm adamı deyib.

Keri Vudruff infeksiyanın ağciyərlərdən sümüklərə keçdiyini qeyd edib ki, bu da xəstəliyin nə qədər ağır olduğunu göstərir.

Vudruff araşdırmaçıların indiyə qədər dinozavr qalıqlarında qırıq və çıxmış sümüklər, diş absesləri, artrit və xərçəng kimi əlamətlər tapdıqlarını, amma bu nümunənin xüsusi olduğuna diqqət çəkərək, əldə etdikləri dəlillərin dinozavrların da quşlarda müşahidə olunan bu xəstəlikdən əziyyət çəkdiyini göstərdiyini bildirib.

İnsanları yoluxduran bir sıra qrip növlərinin quşlardan gəldiyini bildirən Vudruff qeyd edib:

“Quşlarda asqırma, öskürmə, boğaz ağrısı, qızdırma, ishal, baş ağrısı, nəfəs almaqda çətinlik və arıqlama daxil olmaqla insanlarla oxşar simptomlar var. Qalıqlar Dollinin qrip və ya pnevmoniyaya bənzər simptomlar keçirdiyini göstərir. Bu cür infeksiyalar quşlar üçün ölümcül ola bilər. Əgər “zaman maşını”na minib Dollinin sağ olduğu vaxta qayıda bilsəniz, onun çox ağır xəstə heyvan olduğunu çox aydın görə bilərsiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər