15 Fevral 2022 11:08
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Lloyd Ostin Belçika, Litva və Polşaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi deyib.

Onun sözlərinə görə, Ostin ölkələrin hər birinin liderləri ilə görüşəcək. Brüsseldə isə ABŞ müdafiə naziri NATO müttəfiqləri ilə bir araya gələrək müzakirələr aparacaq.

Polkovnik Kirbi əlavə edib ki, Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə ilə bağlı yekun qərar verdiyinə inanmır, lakin o, bunu heç bir xəbərdarlıq etmədən edə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər