17 Fevral 2022 20:38
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlərin suallarını cavablandıran Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Rusiya liderinin sözçüsü səfərin tarixinin hələ müəyyən edilmədiyini bildirib.

O, qeyd edib ki, məsələ diplomatik kanallar vasitəsilə müzakirə olunur.

Prezident Rəcəb Tayyib Ərdoğan yanvar ayında Putini Türkiyəyə dəvət etdiyini və onunla Ukrayna lideri Vladimir Zelenski arasında görüş təşkil etmək istədiyini açıqlayıb.

Ərdoğan dünən növbəti dəfə açıqlama verərək deyib ki, üçtərəfli görüş təklifinə necə yanaşdığını öyrənmək üçün Putinlə telefon əlaqəsi qurmaq istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər