17 Fevral 2022 22:55
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlər telefon söhbəti zamanı bu il keçiriləcək VI Xəzər Forumuna hazırlığı müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli münasibətlərin aktual sahələri barədə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər