18 Fevral 2022 11:17
1 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ABŞ Dövlət katibi Entoni Blinkenin görüş təklifini qəbul etdiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Dövlət katibi Blinken BMT Təhlükəsizlik Şurasındakı çıxışında bildirib ki, gələn həftə Avropada Xarici İşlər naziri Lavrovla görüşməyi təklif edib, çünki bu böhranı həll etməyin yeganə yolunun diplomatiya və dialoq olduğuna inanırıq. Ruslar gələn həftənin sonuna doğru keçirilməsi təklif edilən görüşə müsbət cavab verdilər. Biz də Rusiyanın Ukraynanı müdaxilə etməməsi şərti ilə bunu qəbul etdik. Əgər yaxın günlərdə işğala əl atsalar, diplomatiyaya heç vaxt ciddi yanaşmadıqları üzə çıxacaq”, - Prays söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər