18 Fevral 2022 11:48
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 24 saat ərzində Donbasda Birləşmiş Qüvvələr əməliyyatı bölgəsində 60 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. İki ukraynalı hərbçi və iki mülki şəxs yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna tərəfi bildirib.

Məlumata görə, separatçılar Ukrayna hərbçilərinə qarşı 122 millimetrlik artilleriya, 120 millimetrlik və 82 millimetrlik minaatanlardan, tank əleyhinə raket sistemlərindən, tank silahlarından, avtomatik qumbaraatanlardan və digər silahlardan istifadə ediblər.

Bundan əlavə, Donetsk vilayətində demarkasiya xəttini keçən düşmən pilotsuz təyyarəsinin uçuşu qeydə alınıb.

Atışma nəticəsində Ukrayna qüvvələrin bir hərbçisi, digəri isə döyüş xəsarətləri alıb. Zərərçəkənlər tibb müəssisəsindədir. Yaralı hərbi qulluqçunun səhhəti orta ağır, digərinin isə vəziyyəti qənaətbəxşdir.

Məlumatda iki mülki şəxsin yaralandığı bildirilir. Qeyd edilir ki, cari günün əvvəlindən yaraqlılar Bolotene və Novoqnatovkaya 122 millimetrlik artilleriyadan, Staroqnativkaya iki dəfə 120 millimetrlik minaatanlardan, Çermalıki avtomatik qumbaraatanlardan, Şumıni isə 82 millimetrlik minaatanlardan atəşə tutub.


Müəllif: Nemət