“Moskva Türkiyə, İran və Əfqanıstanla əlaqələri yaxşılaşdırmalıdır”.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, Rusiya hazırda xarici siyasətində yanlış istiqamətdə hərəkət edir: “ I Pyotrun dövründən başlayan səhvlərlə hərəkət edirik. Qərbin diktəsi altında gedirik. İngiltərə bizi ya İşveç, ya Polşa, ya da Türkiyə ilə müharibəyə qızışdırır”.
Jirinovski Rusiyanı cənuba yönəlməyə çağırıb: “Əsas marşrut cənub olmalıdır. Ancaq bu yolla uğur əldə edə bilərik. Cənubda Türkiyə, İran və Əfqanıstan bizi gözləyir. Bu ölkələr bizimlə dostluğa meyillidir. Biz bu ölkələrlə səmərəli məhsul mübadiləsi apara bilərik”.
Samir