Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusdan sağalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə nazir öz rəsmi "Twitter" səhifəsində bildirib.
"Allaha şükürlər olsun ki, COVID-19 testim mənfi çıxdı. Bu prosesdə dəstəyinə və dualarına görə hər kəsə təşəkkür edirəm. Rəbbim bütün xəstələrimizə şəfa versin", - M. Çavuşoğlu paylaşımda bildirib.