21 Fevral 2022 08:56
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden G7 liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

Teleqraf.com-un məlumatına görə, fevralın 24-də G7 liderlərinin virtual formatda görüşü keçiriləcək.

"Prezident Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyəti, eləcə də Almaniyanın G7-yə sədrliyi ilinin prioritetlərini müzakirə etmək üçün G7 liderlərinin virtual görüşündə iştirak edəcək", - deyə C.Baydenin fevralın 24-ü üçün olan cədvəlində deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər