Belarusla keçirdiyi təlimlər və verdiyi rəsmi açıqlamalarla bölgəyə müharibə gərginliyi gətirən Rusiyadan heyrətləndirici görüntü gəlib. Rusiya dövlət televiziyasında “Müharibə kimə sərfəli olacaq?” sualı verilərək prezident Ərdoğan da daxil olmaqla dünya liderlərinin fotoları paylaşılıb.
Teleqraf.com xəbər verir ki, Putin və Baydenin görüşü üçün prinsipial razılığa gəldiklərini açıqlamalarından sonra Rusiya ilə Ukrayna arasında gərginlik azalsa da, Rusiya dövlət televiziyasında yayımlanan proqram gərginliyi qızışdırmağa kifayət edib.
Rusiyanın “Rossiya 1” dövlət televiziyasında yayımlanan proqramda aparıcı “Hansı liderlərə müharibə lazımdır?” adlı bölüm hazırlayıb. Aparıcının hazırladığı siyahıda onlarla dünya liderlərinin adı yer alıb və iddia edilib ki, Rusiya-Ukrayna müharibəsi məhz onlara sərf edir.
Rusiya dövlət televiziyasında yayımlanan xəbərdə İngiltərənin baş naziri Boris Conson da yer alarken, İngiltərə kral ailəsinin üzvü olan şahzadə Endrünün seks qalmaqalını ört-basdır etmək üçün müharibəni qızışdırdığı iddia olunub.
Baş nazir Boris Conson, Türkiyə Prezident Ərdoğan və Fransa Prezidenti Emmanuel Makrona qədər bir çox adın yer aldığı siyahı sosial mediada gündəm olub.
Putinin tərəfdarı kimi tanınan aparıcı Dmitri Kiselyov Ukrayna ordusunun ölkənin şərqində minlərlə insanı qətlə yetirdiyini iddia edərək, bu gərginliyin arxasında Qərb liderlərinin olduğunu deyib.