Hazırda Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində qoşunların zərbə qüvvəsi yoxdur, ona görə də qaçılmaz işğal barədə fərziyyələr yersizdir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Aleksey Reznikov deyib.
Rezinkov əlavə edib ki, amma bu, heç bir təhlükənin olmaması demək deyil:
“Bu gün, bu saata kimi Rusiya tərəfdən olan zərbə qrupu Ukraynanın heç bir şəhərini mühasirəyə almayıb. Ancaq sabah və ya o biri gün hücum olacağını demək də yersizdir. Lakin bu, heç bir təhlükənin olmadığı anlamına gəlmir. Mən tərəfdaşlarımıza xatırlatmaq istəyirəm ki, təhlükə 2013-cü ildən mövcuddur”.
Nazir qeyd edib ki, Ukrayna ordusu ölkə sərhədlərində vəziyyətin davam edən gərginləşməsi fonunda hadisələrin istənilən inkişafına hazırdır.