22 Fevral 2022 16:03
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya “Şimal axını 2” boru kəmərinin sertifikatlaşdırılması prosesinin dayandırıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bildirib.

“Bu gün mən İqtisadiyyat Nazirliyindən enerji təhlükəsizliyinin təmin edilməsinə dair hesabatı geri götürməsini xahiş etdim. Bu, texniki məsələ kimi səslənsə də, qaz kəmərinin sertifikatlaşdırılmasının indi baş tutmaması üçün zəruri addımdır. Bu sertifikat olmadan “Şimal axını 2” işə salına bilməz”, - Almaniya kansleri bildirib.

Qeyd edək ki, rəsmi Berlin bu addımını Rusiyanın şərqi Ukraynadakı separatçı rejimlərin müstəqilliyini tanımasından sonra atıb.


Müəllif: Nemət

Oxşar xəbərlər