Ukrayna ordusunun Rusiyanın mümkün işğalına qarşı hazırlığına mülki əhalinin dəstəyi günü-gündən artmaqda davam edir. Ukraynada yaşı 18-dən yuxarı olan istənilən vətəndaş orduya qatıla bilsə də, hərbçilər könüllülərə silahları söküb-yığma, güllə atmaq və nişan almaq təlimləri keçirir.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada Rusiyanın dəstəklədiyi hərbi birləşmələrin ara-sıra hücuma keçdikləri bildirilib.
Bombardman nəticəsində biri ağır olmaqla 6 Ukrayna hərbçisinin yaralandığı bildirilib. Açıqlamada Donbasdakı separatçıların gün ərzində 81-i ağır olmaqla 96 hücum təşkil etdiyi, “Qrad” reaktiv yaylım atəşi sistemi, 152 və 122 mm-lik toplar, tank əleyhinə qumbaraatan və iri pulemyotlardan istifadə etdiyi deyilib.
Ukraynalı jurnalist Olqa Tokaryukun sözlərinə görə, ukraynalı valideynlər övladlarını məktəbə göndərərkən paltarlarına qan qruplarını göstərən stikerlər yapışdırırlar. Digər tərəfdən, məktəblər şagirdləri mümkün işğala hazırlamaq üçün tez-tez təlimlər təşkil edirlər.
Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də xalqa müraciətində Donetsk və Lukanskdakı separatçıların müstəqilliyini tanıdığını açıqlayıb. O, Ukraynanın “rus əraziləri”ndə bolşeviklər tərəfindən qurulduğunu iddia edib.