24 Fevral 2022 13:59
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya işğalçılarının Ukraynaya ilk zərbəsi uğursuz olub”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Əsas zərbələr səhər saat 5-də şəhərlərə, hərbi infrastruktura, aerodromlara, resurs anbarlarına və hərbi komandanlıq mərkəzlərinə endirilib. Dəqiqləşdirilən ilkin məlumatlarımıza görə, birinci zərbə uğursuz alınıb, itkilər var, amma önəmsizdir, yəni Ukraynanın müdafiə qüvvələrinin və hüquq-mühafizə orqanlarının döyüş effektivliyini azaltmayıb”, - Arestoviç bildirib.

O, rus ordusunun ilk olaraq İvano-Frankivsk, Xmelnitski, Çerniqov, Xarkov, Kiyev, Odessa, Nikolayev, Xerson, Kramatorsk və digər ərazilərə zərbələr endirdiyini söyləyib.

“Ən mühüm məsələyə - quruda irəliləyişin olub-olmamasına gəlincə, ilkin məlumata görə, Xarkov vilayətinin şimalında, Sumıya yaxın olan Çerniqovda düşmənin 5 km məsafədə cüzi irəliləməsi müşahidə olunur”, - Ukrayna rəsmisi qeyd edib.

Eyni zamanda, o, əmin edib ki, Silahlı Qüvvələr müharibəyə hazırlıqlıdır, prezident işləyir, ölkəyə inamla rəhbərlik edir və hazırda Rusiyanın cəzalandırılması tərəfdaş ölkələr və beynəlxalq tərəfdaşlarla daim təmasdadır.

“Heç bir çaxnaşma yoxdur, Ukraynanın hərbi-siyasi rəhbərliyi sakitliyini qoruyur və qoşunlara və bütün digər xidmətlərə inamla rəhbərlik edir”, - Arestoviç çıxışını yekunlaşdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər