İngiltərə Baş naziri Boris Conson müttəfiqləri Rusiyanın Ukraynaya müdaxiləsindən sonra mümkün qədər tez NATO liderlərinin sammitini keçirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə tvitterdə yazıb.
“Mən G-7-nin digər liderləri ilə danışacağam və mümkün qədər tez bütün NATO liderlərini təcili toplantıya çağıracağam”, - Conson qeyd edib.
O, Rusiyanın işğalçı addımının Avropa qitəsi üçün fəlakət olduğunu söyləyib.