25 Fevral 2022 11:46
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezident Vladimir Zelenski “Buxarest doqquzluğu”na müdafiə yardımı ilə bağlı müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısı Tvitter hesabında yazıb.

“Biz azadlığımızı və torpağımızı müdafiə edirik. Amma bizim effektiv beynəlxalq yardıma ehtiyacımız var. Bunu Polşa Prezidenti Andjey Duda ilə müzakirə etmişəm. “Buxarest doqquzluğu” ölkələrinə müdafiə yardımı, sanksiyalar və təcavüzkara qarşı təzyiqlərlə bağlı müraciət etmişəm. Biz birlikdə Rusiyanı danışıqlar masasına oturtmalıyıq. Bizə müharibə əleyhinə koalisiya lazımdır”, - Zelenski bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər