“Çin Ukrayna böhranı ilə bağlı öz üsulu ilə sülh və danışıqları təmin edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Çan Jun deyib.
Onun sözlərinə görə, Ukraynada vəziyyət kritik nöqtəyə çatıb və Çin vəziyyəti diqqətlə izləyir.
Mövcud vəziyyətdə bütün tərəflərin təmkinli olmasının lazım olduğunu ifadə edən Çan Jun Ukrayna probleminin sülh yolu ilə həlli üçün qapının tam bağlanmadığına və bağlanmamalı olduğuna inandıqlarını qeyd edib.
“Biz müvafiq tərəflərin sakitliyini, BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq dialoq və məsləhətləşmələri gücləndirmələrini, problemi danışıqlar yolu ilə həll etmələrini və bütün tərəflərin haqlı narahatlıqlarını lazımi şəkildə qiymətləndirmələrini gözləyirik. Mübahisələrin kəskinləşməsinə yol verilməməlidir”, - çinli diplomat bildirib.