İŞİD terroçu qruplaşması yenidn İraqın paytaxtı Bağdada doğru irəliləməyə başlayıb. Əks-hücuma keçən terrorçular paytaxt istiqamətində mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməyə müvəffəq olublar.
Teleqraf.com-un türk mediasına istinadən məlumatına görə, İraq ordusu hücumların qarşısını almaq üçün paytaxtda təhlükəsizliyi ən yüksək səviyyəyə çatdırıb.
Bildirilir ki, İŞİD Ənbar vilayətinin 80 fazini ələ keçirib. Hazırda bu vilayət uğrunda İŞİD-lə İraq ordusu arasında ağır döyüşlər gedir.
İŞİD Hit şəhərində də bütün yolları bağlayıb. Şəhər tamamilə terrorçuların nəzarətinə keçib. İŞİD bir aydır ki, bölgəyə qida, dərmanların gətirilməsinin qarşısı alır.
Böyük şəhərləri ələ keçiriən terrorçular indi isə Bağdada hücuma keçib. İraq ordusu paytaxtda təhlükəsizliyi ən yüksək səviyyəyə çatdırıb.