26 Fevral 2022 00:38
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd edək ki, Böyük Britaniya Rusiya liderinə qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Böyük Britaniyanın məhdudiyyətlər siyahısına düşüb.

Bir gün əvvəl ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin tətbiqini vurğulayaraq, Rusiya-Amerika münasibətlərində “tam fasilə” yarandığını bildirib. O, Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməyə hazır olması ilə bağlı suala da müsbət cavab verib. Eyni zamanda Bayden Putinlə danışmağı planlaşdırmadığını da əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər